Apr 07 2020 14:24
Elshad Aliyev
Views: 84

Ermənistanda son sutka ərzində daha 20 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 853 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəz məlumat yayıb.

Bildirilir ki, ölkədəki xəstələrin 8-nin vəziyyəti son dərəcə ağır, 35 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Qeyd olunur ki, Ermənistanda 8 nəfər koronavirusdan ölüb.


Create Account



Log In Your Account