Jun 19 2020 16:08
Elshad Aliyev
Views: 161

Ermənistanda son 24 saat ərzində daha 459 nəfər koronavirusa yoluxub, 10 nəfər isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 19 min 157 nəfərə, bu virusdan ölənlərin sayı isə 319 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 10 min 462 aktiv koronavirus xəstəsi var.


Create Account



Log In Your Account