May 19 2020 15:34
Elshad Aliyev
Views: 46

Ermənistanda COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayı kəskin artıb. Son 24 saat ərzində bu ölkədə 218 nəfər koronavirusa yoluxub və 3 nəfər ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistanda koronavirusa yoluxanların sayı 5041, bu virusdan ölənlərin sayı isə 64 nəfər təşkil edir.


Create Account



Log In Your Account