Mar 13 2020 15:59
Elshad Aliyev
Views: 249

Ermənistanda daha iki nəfərdə koronavirus aşkarlanıb.

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan bildirib.

Onun sözlərinə görə, hər iki şəxsi İtaliyadan qayıdan və Eçmiədzində nişan mərasimində iştirak edən qadın koronavirusa yoluxdurub.   

Nazir bildirib ki, həmin qadında koronavirus aşkarlandıqdan sonra onunla ünsiyyətdə olanlar dərhal karantinə alınıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 8-ə çatıb.


Create Account



Log In Your Account