May 14 2020 12:20
Elshad Aliyev
Views: 52

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyunun 13-dək uzadılıb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.

Ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Xatırladaq ki, Ermənistanda indiyə kimi 3 860 nəfər virusa yoluxub, 1 572 nəfər sağalıb, 49 nəfər ölüb.


Create Account



Log In Your Account