Jun 10 2020 11:24
Elshad Aliyev
Views: 58

Ermənistanda son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 428 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 14 103, xəstəlikdən ölənlərin sayı isə 227 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 5226 nəfərdir.


Create Account



Log In Your Account