Jun 09 2020 11:51
Elshad Aliyev
Views: 86

Son sutka ərzində Ermənistanda koronavirusa daha 350 nəfər yoluxub. Altı nəfər isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 13 min 675 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı isə 217-yə yüksəlib.

Hazırda Ermənistanda 8943 aktiv koronavirus xəstəsi var.


Create Account



Log In Your Account