Apr 21 2020 11:14
Elshad Aliyev
Views: 74

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa daha 62 nəfər yoluxub, 2 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 1401 nəfərə çatıb.

Ermənistanda ümumilikdə xəstəlikdən ölənlərin sayı 24 nəfərdir.

Koronavirusdan sağalanların sayı isə 609 nəfər təşkil edir.


Create Account



Log In Your Account