Jun 16 2020 16:49
Elshad Aliyev
Views: 157

Son 24 saat ərzində Ermənistanda daha 425 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 17 min 489 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Son sutka ərzində daha 8 nəfər koronavirusdan dünyasını dəyişib və bununla da bu virusdan ölənlərin sayı 293 nəfərə çatıb. Hazırda Ermənistanda 10 min 529 aktiv koronavirus xəstəsi var.


Create Account



Log In Your Account