May 01 2020 11:36
Elshad Aliyev
Views: 55

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) infeksiyasına 82 nəfər yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 2148 nəfərə çatıb.

Ermənistanda xəstəlikdən ölənlərin sayı 33 nəfərdir.

Koronavirusdan ümumilikdə 977 nəfər sağalıb.


Create Account



Log In Your Account