Jun 27 2020 12:49
Elshad Aliyev
Views: 280

Ermənistanda son 24 saat ərzində daha 662 nəfər koronavirusa yoluxub, 10 nəfər isə pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, hazırda ölkədə koronavirusa yoluxanların sayı 23 min 909 nəfər təşkil edir. Bu virusdan ölənlərin sayı isə 420 nəfərə yüksəlib.

Hazırda Ermənistan xəstəxanalarında 10 min 445 nəfər COVID-19 virusundan müalicə olunur.


Create Account



Log In Your Account