Jun 30 2020 14:21
Elshad Aliyev
Views: 62

Son sutka ərzində Ermənistanda daha 415 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 25 min 542-yə yüksəlib.

Son 24 saat ərzində ölkədə daha 10 nəfər pandemiyadan ölüb və koronavirus qurbanlarının sayı 443 olub.

Hazırda Ermənistanda 10 min 904 nəfər aktiv koronavirus xəstəsi var.


Create Account



Log In Your Account