Jun 29 2020 11:03
Elshad Aliyev
Views: 59

Ermənistanda son sutka ərzində daha 482 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 25 127 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 7 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 433 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 13 297 nəfərdir.


Create Account



Log In Your Account