Jul 10 2020 11:56
Elshad Aliyev
Views: 64

Ermənistanda koronavirusa yoluxma halları yenə də artıb. Son sutka ərzində daha 557 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 30 min 903 nəfərə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, son bir gündə Ermənistanda 11 nəfər pandemiyanın qurbanı olub və ölkədə COVID-19 qurbanlarının sayı 546 nəfərə çatıb.

Son sutka ərzində koronavirusdan müalicə olunan daha 177 nəfər isə digər səbəblərdən dünyasını dəyişib.

Hazırda Ermənistanda 11 min 471 aktiv koronovirus xəstəsi var.


Create Account



Log In Your Account