Mar 27 2020 13:03
Elshad Aliyev
Views: 89

Ermənistanda koronavirusa 39 yeni yoluxma qeydə alınıb.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, bununla da koronavirusa yoluxanların sayı 329-a çatıb.

Martın 26-da Ermənistanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Ermənistanda pandemiya ilə əlaqədar martın 26-dan aprelin 14-dək fövqəladə vəziyyət elan olunub. 


Create Account



Log In Your Account