Aug 13 2020 13:32
Elshad Aliyev
Views: 54

Ermənistanda koronavirusa yoluxanların və pandemiya qurbanlarının sayı artmaqda davam edir. Artıq ölkədə koronavirusa yoluxanların sayı 41 mini ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son 24 saat ərzində Ermənistanda daha 229 nəfərdə COVID-19 virusu aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 min 23 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə daha 3 nəfər artaraq 809-a çatıb.

Eyni zamanda, son sutka ərzində daha 238 koronavirus xəstəsi digər səbəblərdən ölüb.

Hazırda Ermənistanda 6 min 79 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.


Create Account



Log In Your Account