May 29 2020 11:32
Elshad Aliyev
Views: 66

Ermənistanda son sutka ərzində daha 460 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb.
APA-nın “Armenia Sputnik”ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə ümumilikdə xəstəliyə yoluxma sayı  8676-ya, ölənlərin sayı isə 120 -yə çatıb.
Qeyd edilib ki, hazırda ölkədə aktiv koronavirus xəstələrinin sayı  5214 nəfərdir. 

İndiyədək 3297 nəfər xəstəlikdən sağalıb.


Create Account



Log In Your Account