Apr 14 2020 11:44
Elshad Aliyev
Views: 84

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, Ermənistanın Baş Naziri Nikol Paşinyan “Facebook”da bildirib ki, ölkədə daha iki nəfər koronavirusdan ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb.

Onun sözlərinə görə, Ermənistanda son sutka ərzində daha 28 nəfər koronavirusa yoluxub ki, bununla da ölkədə xəstəliyə yoluxanların sayı 1067 nəfərə yüksəlib. 

N. Paşinyan qeyd edib ki, son sutka ərzində 54 nəfər koronavirusdan sağalıb. Ümumilikdə koronavirusdan sağalanların sayı 265 nəfərdir. 


Create Account



Log In Your Account