Jul 06 2020 13:03
Elshad Aliyev
Views: 66

Ermənistanda son sutka ərzində COVID-19 virusuna yoluxma ilə bağlı 330 fakt qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 min 936 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində daha 7 nəfər pandemiyanın qurbanı olub. Bununla da pandemiyadan ölənlərin sayı 491 nəfərə çatıb.


Create Account



Log In Your Account