Mar 13 2021 12:07
Bakhtiyar Hasanov
Views: 170

Ermənistanda son sutkada daha 795 nəfər COVID-19-a yoluxub.

CBC xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 177 899-a çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 3 253-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 836 nəfərdir. İndiyədək 165 975 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 835 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfər olub.


Create Account



Log In Your Account