Apr 13 2020 13:13
Elshad Aliyev
Views: 85

Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Nazirlər Kabinetinin iclası keçirilib.

İclasda ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin mayın 14-dək uzadılmasına qərar verilib.

Bu müddət ərzində tətbiq olunan qadağa və məhdudiyyətlər qüvvədə qalacaq.

Xatırladaq ki, Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət tətbiq olunmuşdu.


Create Account



Log In Your Account