Feb 09 2017 10:47
Ulviyye Sabirqizi
Views: 1677

2008-ci ilin qanlı 1 mart hadisələrinin növbəti ildönümü yaxınlaşdıqca Ermənistanda siyasi vəziyyət gərginləşir. Bununla bağlı Yerevanda xalq mitinqinin keçirilməsi planlaşdırılır. Aksiyada iğtişaşlarda birbaşa əli olan

Ermənistan rəhbərliyinin istefası tələb ediləcək.

“Təsisçi parlament” hərəkatı martın 1-də paytaxtda keçiriləcək mitinqə “Erməni cəllad Serji yıxacağıq” şüarı ilə qoşulmağa hazırlaşır. Hərəkat üzvləri rejimi zəiflətmək üçün tabe olmamaq aksiyalarına başlanılacağını bəyan ediblər. Ermənistan Milli Konqresi də ölkə vətəndaşlarını Yerevanın əsas meydanına toplaşmağa çağırıb. Fraksiyanın rəhbəri Levon Zurabyan bildirib ki, aksiya əvvəlkilərdən fərqli olacaq. Vəzifədən uzaqlaşdırıldıqdan sonra Serj Sarkisyanın rəqibinə çevrilən keçmiş müdafiə naziri Seyran Ohanyanın da mitinqdə iştirakı gözlənilir. Nümayişçilər Ermənistanın iflasına səbəb olan hakimiyyətin istefasını tələb edəcəklər.

Keçmiş müdafiə naziri Seyran Ohanyan Serj Sarkisyanın 2008-ci ilin 1 mart hadisələrində birbaşa əlinin olduğunu bəyan edib. Həmin gün baş verən qanlı toqquşmada 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Daha 100 nəfər isə həbs edilib. Həmin hadisələrin araşdırılması və faktların toplanması üzrə xüsusi qrup yaradılsa da, hələ də hadisələrdə əli olanlar üzə çıxarılmayıb.

Mitinqdə cinayət işinə yenidən baxılması da tələb ediləcək. Həmçinin “Təsisçi parlament” hərəkatının həbsdə olan liderlərinin azadlığa buraxılması üçün beynəlxalq qurumlara məktub ünvanlanacaq.

 


Create Account



Log In Your Account