May 07 2020 11:11
Elshad Aliyev
Views: 52

Ermənistanda son sutka ərzində 102 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda indiyə kimi 2884 nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb.

Ermənistanda xəstəlikdən sağalanların sayı 1185 nəfərdir.


Create Account



Log In Your Account