May 11 2020 12:12
Elshad Aliyev
Views: 54

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 79 yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla Ermənistanda koronavirusa yoluxanların sayı 3392 nəfərə çatıb.
Ölkədə indiyə kimi 46 nəfər koronavirusdan ölüb.

Xəstəlikdən sağalanların sayı 1359 nəfərdir. 1970 nəfərin müalicəsi davam edir. 


Create Account



Log In Your Account