May 31 2020 15:39
Elshad Aliyev
Views: 57

Ermənistanda psixiatriya xəstəxanasında yeni növ koronavirusa (COVID-19) yoluxma halı aşkarlanıb. APA-nın "news.am"a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, paytaxt İrəvan şəhərində Milli Psixi Sağlamlıq Mərkəzində 8 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub.

“Onlardan 1-i pasiyent, digər 7 nəfər isə xəstəxananın işçiləridir”, - deyə Səhiyyə Nazirliyinin mətbuat katibi qeyd edib. 

O qeyd edib ki, virusa yoluxmuş xəstənin olduğu şöbədə 54 nəfər və xəstəxananın bütün işçiləri müayinə olunur. 


Create Account



Log In Your Account