May 04 2020 11:35
Elshad Aliyev
Views: 69

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 121 yoluxma halı qeydə alınıb, 4 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 2507 nəfərə çatıb.

Ermənistanda indiyə kimi 39 nəfər koronavirusdan ölüb, xəstəlikdən 1071 nəfər sağalıb.


Create Account



Log In Your Account