May 15 2020 11:45
Elshad Aliyev
Views: 52

Ermənistanda son sutka ərzində 184 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 3 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 4044 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 52 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 1666 nəfərdir.


Create Account



Log In Your Account