May 23 2020 11:41
Elshad Aliyev
Views: 337

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 374 yoluxma qeydə alınıb, 3  nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 6302  nəfərə, xəstəlikdən ölənlərin sayı isə 77-yə çatıb.

Koronavirusdan sağalanların sayı 2936  nəfərdir, hazırda 3257 nəfərin müalicəsi davam edir.


Create Account



Log In Your Account