Jun 16 2020 11:25
Elshad Aliyev
Views: 61

Ermənistanda son sutka ərzində daha 425 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 17 489 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 293 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 10 529 nəfərdir.


Create Account



Log In Your Account