Jun 24 2020 11:18
Elshad Aliyev
Views: 53

Ermənistanda son sutka ərzində daha 711 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 21 717 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 14 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 386 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 10 797 nəfərdir.


Create Account



Log In Your Account