Jul 02 2020 12:04
Elshad Aliyev
Views: 61

Ermənistanda son sutka ərzində daha 593 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 26 658 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 6 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 459 nəfər olub.

Xəstəlikdən sağalanların sayı 15 036 nəfərdir.


Create Account



Log In Your Account