Feb 22 2017 11:49
Ulviyye Sabirqizi
Views: 1158

Bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

CBC-nin məlumatına görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri Xanhüseyn Kazımlı Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində dəymiş ziyanın hesablandığını bildirib.

İşçi Qrupunun üzvü Nüsrət İbrahimov isə deyib ki, qrup tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollar həcmindədir. Başqa sözlə, əhalinin tələf olma, sağlamlığın və normal yaşayış səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər 140,4 milyard dollar, əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərər 7,4 milyard dollar, dövlətə sosial və iqtisadi sahələrdə dəymiş zərər 126,46 milyard dollar, ətraf mühit və təbii sərvətlər üzrə itkilər 244,42 milyard dollar, tarixi və mədəniyyət abidələrinə dəymiş zərər 177 milyard dollar, işğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 124,47 milyard dollardır.

 


Create Account



Log In Your Account