Jun 04 2020 12:12
Elshad Aliyev
Views: 74

Ermənistanda son sutka ərzində 697 nəfər koronavirusa yoluxub. Altı nəfər koronavirusdan ölüb.

AZƏRTAC xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində bildirib.

O deyib: “Ölkədə koronavirusa 697 yeni yoluxma faktı qeydə alınıb. Bu isə o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”.

N.Paşinyanın sözlərinə görə, ölkədə vəziyyət daha da pisləşir və fəlakət həddinə çatır.

Qeyd edək ki, bu gün Ermənistanda koronavirusa yoluxanların sayı 11221 nəfərə, bu virusdan ölənlərin sayı isə 176-ya çatıb.


Create Account



Log In Your Account