Jun 11 2020 15:57
Elshad Aliyev
Views: 108

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub. APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan XİN-in iki əməkdaşı COVID-19-a yoluxub.

Nazir qeyd edib ki, virusa yoluxan şəxslərlə əlaqədə olan insanların sayı azdır, onlar karantinə alınıblar.

“Xəstəliyə yoluxan şəxslər özlərini normal hiss edirlər, onlarda hər şey qaydasındadır. Xoşbəxtlikdən əməkdaşların koronavirusa yoluxma faktı nazirliyin iş rejiminə təsir etməyib”, - deyə Ermənistan XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Ermənistanda indiyə kimi 14 669 nəfər koronavirusa yoluxub, 245 nəfər ölüb.


Create Account



Log In Your Account