Apr 28 2020 15:20
Elshad Aliyev
Views: 61

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 13 nəfər artaraq 1660-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 49 min 527 nəfər müayinə olunub.

Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1124 nəfərdən götürülən analizin 13-nün nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 50 ölüm faktı qeydə alınıb.


Create Account



Log In Your Account