Mar 25 2020 16:14
Elshad Aliyev
Views: 152

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 35 nəfər artaraq 404-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 4 min 809 nəfər müayinə olunub.

Bildirilir ki, son sutka ərzində 768 nəfərdən 35-nin nəticəsi müsbət çıxıb.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər COVID-19-dan heç bir ölüm faktı qeydə alınmayıb.


Create Account



Log In Your Account