May 30 2020 10:31
Elshad Aliyev
Views: 64

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1859 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın ölkədə aşkarlandığı vaxtdan bəri 81 min 720 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 997 nəfərdən analiz götürülüb.

Ölkədə COVID-19-dan 67 ölüm faktı qeydə alınıb. Sağalanların sayı 1246 nəfərdir.


Create Account



Log In Your Account