Sep 06 2019 09:32
Ferah Sabirqizi
Views: 55

“Eternity - 2019” komanda-qərargah təliminin iştirakçıları tapşırıqları səhra şəraitində icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirak etdiyi təlimdə ssenariyə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin birgə təmin edilməsi, ehtimal olunan terror qruplarının təxribatlarına qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətlər praktiki olaraq yerinə yetirilib.


Create Account



Log In Your Account