Feb 13 2020 17:38
Elshad Aliyev
Views: 365

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) modernizasiya layihəsinin icrası nəticəsində əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi hallarda üç dəfə artacaq. Etilen-polietilen zavodu “SOCAR Polymer” kompleksini dayanıqlı xammal ilə təchiz edəcək. Zavodun istismar dövrü ən azı 20 il uzadılacaq, qurğuların etibarlılığı və səmərəliliyi yüksələcək.

AZƏRTAC xəbər verir ki, Yeni Buxar Turbogenerator qurğusunun inşası ilə zavodda elektrik enerjisinin istehsalı təxminən iki dəfə artacaq. “Azərikimya” İB özünün enerji tələbatını daxili imkanlar hesabına tam təmin edəcək, 35 Mvt/s izafi elektrik enerjisi isə digər istehlakçılara ötürüləcək.


Create Account



Log In Your Account