Mar 31 2018 17:34
Ferah Sabirqizi
Views: 365

Azərbaycanın demokratik dəyərlərə söykənən seçki ənənəsi mövcuddur. Bu barədə sechki-2018.az saytına açıqlamasında türkiyəli jurnalist-ekspert Çetiner Çetin deyib.

Türkiyəli ekspert qeyd edib ki, bu gün regionun lider dövləti olan Azərbaycan türk dünyasının gücləmnəsində mühüm rola malikdir.
O deyib: “Azərbaycan gənc ölkədir, lakin iqtisadi inkişafı ilə xüsusi seçilir. Azərbaycan demokratik dəyərlərə malik ölkədir. Əgər ölkədə demokratiya inkişaf edirsə, seçkidə xalqın iradəsi əsas olur. Bu gün Azərbaycanda demokratiya inkişaf edir və bu vəziyyət şəffaf seçkilərin keçirilməsi üçün böyük imkanlar yaradır”.
Ç.Çetiner Azərbaycanın yüksək seçki təcrübəsinə malik olduğunu da vurğulayıb.


Create Account



Log In Your Account