Oct 04 2018 17:36
Ferah Sabirqizi
Views: 365

“Euronews” telekanalı Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş reportaj hazırlayıb. Reportajda 27-30 sentyabr tarixlərində gerçəkləşən festivalla bağlı ətraflı məlumat verilir.

Bildirilir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Azərbaycanda ilk dəfə təşkil olunub.

Reportajda festivalın açılış mərasimində Xalq artisti Alim Qasımovun, Azərbaycan əsilli tanınmış britaniyalı müğənni Sami Yusufun ifalarına xüsusi yer verilir. Təqdim olunan ifalarda, bədii-musiqili kompozisiyalarda Şərqlə Qərbin vəhdəti, Nəsimi şeiriyyətinin əbədiyaşarlığının əks olunduğu vurğulanır.

Görkəmli mədəniyyət xadimlərinin, musiqiçilərin qatıldığı festivalın maraqla qarşılandığı bildirilir. Həmçinin ölkəmizin multikulturalizmə və tolerantlığa verdiyi önəm qeyd olunur.

Reportajla aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.euronews.com/video/2018/10/03/azerbaijan-s-new-nasimi-festival-honours-sufi-icon 


Create Account



Log In Your Account