Feb 09 2017 11:43
Ulviyye Sabirqizi
Views: 1781

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək “Eurovision 2017” mahnı müsabiqəsinin biletlərinin qiyməti açıqlanıb.

CBC İTV.az saytına istinadən xəbər verir ki, müsabiqənin biletlərinin qiyməti 20-100 avro arasında dəyişir. Mahnı yarışmasının VİP qonaqları üçün satılacaq biletlər isə 200 avro təşkil edəcək. Biletlərin gələn həftədən satışa çıxarılacağı nəzərdə tutulub.

Xatırladaq ki, “Eurovision 2017”nin ilk yarımfinalı mayın 9-da, ikinci yarımfinalı isə mayın 11-də keçiriləcək. Yarışmanın finalı mayın 13-də olacaq. Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında 8-ci nömrə altında çıxış edəcək.

Builki yarışmaya 20 min qonağın qatılacağı gözlənilir.

 


Create Account



Log In Your Account