Nov 12 2019 11:25
Elshad Aliyev
Views: 45

Boliviyanın sabiq Prezidenti Evo Morales ölkəni tərk edib.

APA-nın xəbərinə görə, bu barədə E. Morales “Twitter”də bildirib.

“Meksikaya gedirəm, həyatımızı qorumaq üçün sığınacaq təklif edən qardaşlarımıza bizi qəbul etdiyi üçün minnətdaram. Siyasi səbəblərə görə ölkəni tərk etmək mənim üçün çox ağırdır, mən həmişə narahat olacağam. Tezliklə daha çox güc və enerji ilə qayıdacağam”, - deyə E. Morales qeyd edib.

Sabiq Prezident Boliviyanın mərkəzindəki Çimor şəhərindən Meksika hökumətinin ayırdığı təyyarə ilə ölkədən ayrılıb.

Xatırladaq ki, oktyabrın 20-dən başlayan və bu günə qədər davam edən etiraz aksiyalarına görə noyabrın 10-da Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk etdiyini deyib.


Create Account



Log In Your Account