Jan 27 2017 11:27
Ulviyye Sabirqizi
Views: 1730

Çexiyanın təhsil, gənclik və idman naziri Yekaterina Valaxova Bakıya səfər etməyi planlaşdırır.

Bu barədə Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka məlumat verib.

Onun sözlərinə görə, səfərin dəqiq tarixi hələ razılaşdırılmayıb, lakin iyun ayında baş tutacağı gözlənilir.

Səfər çərçivəsində Y.Valaxova azərbaycanlı həmkarları ilə gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcək.

 


Create Account



Log In Your Account