Dec 19 2016 11:39
Ferah Sabirqizi
Views: 925

Facebook yalan xəbər yayan istifadəçilərə qarşı yeni alət hazırlayır.

Belə ki, bundan sonra Facebook istifadəçiləri yalan xəbərləri dərhal xüsusi nişanla işarələyə biləcəklər.

Bu haqda Facebook rəhbərinin yardımçısı Mosseri özünün bloqunda məlumat verib. Mosseri qeyd edib ki, onlar mətndəki məlumatların doğru olub-olmaması sahəsində ixtisaslaşmış və etibarlı beynəlxalq şirkətlərlə çalışacaqlar. 

Hazırda test olunan bu funksiya azsaylı Facebook istifadəçilərinin ixtiyarına verilib. Onlar yalan olduğunu düşündükləri xəbərləri 'yalan xəbər' olaraq işarələyəcəklər. Kifayət qədər səs yığan materiallar Facebook tərəfindən Poynter İnstitutunun Beynəlxalq İnformasiya Nəzarət bölməsindəki müstəqil ekspertlərə təqdim olunacaq. Əgər bu qurumlar da məlumatın yalan olduğunu bildirərsə, onda həmin xəbərlər Facebook tərəfindən “şübhəli” kimi işarələnəcəklər. Bu xəbərlər silinməyəcək, sadəcə istifadəçilər onları «şübhəli» nişanı ilə birgə görəcəklər. 


Create Account



Log In Your Account