Dec 25 2019 13:18
Elshad Aliyev
Views: 90

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda “Favstos Buzandın “Hayların tarixi”nin absurdları” kitabı çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəllifi Abbas İslamov olan kitabda qədim erməni tarixşünaslığının ən görkəmli abidələrindən biri sayılan Favstos Buzandın “Hayların tarixi” əsəri tənqidi baxımdan təhlil edilib.

Favstos Buzandın “Hayların tarixi” əsərinin əsl məzmununu tədqiq edən müəllif sübut edib ki, bu kitab absurd, xronologiyası olmayan anti-tarixi uydurmalardan ibarətdir. “Hayların tarixi” heç bir tarixi və mötəbər informasiyaya malik deyil və onun qətiyyən elmi dəyəri yoxdur.

Əsərin ətraflı təhlili onun təkcə tarixi bir sənəd kimi tam əsassızlığını aşkarlamır, eyni zamanda, bütün erməni tarixinin etibarsızlığını nümayiş etdirir. Çünki “Hayların tarixi” məhz erməni tarixşünaslığının əsasını təşkil edən əsərlərdən biridir.


Create Account



Log In Your Account