Mar 10 2020 11:42
Elshad Aliyev
Views: 43

Fevralda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı əvvəlki ayla müqayisədə 550 min barrel azalaraq sutkada 28 milyon 340 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon 460 min barrel təşkil edib. Bununla da, fevralda OPEC-in sutkalıq istehsalı ümumilikdə 33 milyon 800 min barrel olub.


Create Account



Log In Your Account