Feb 20 2019 16:50
Ferah Sabirqizi
Views: 242

Xalqımızın qan yaddaşı olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonunda yerləşən "Ana fəryadı" abidəsinin yerləşdiyi parkda hazırlıq işləri gedir. Ümumxalq anım günü ilə əlaqədar burada abadlıq və yenidənqurma işləri aparılır. Anım günü ziyarətçilərin gediş-gəlişini təmin etmək məqsədilə parkın ətrafında da abadlıq işləri həyata keçirilir.

Prezident İlham Əliyev Xocalı soyqırımının 27-ci ildönümü haqqında sərəncamına uyğun olaraq faciə qurbanlarının xatirəsi bütün ölkə ərazisində və xarici ölkələrdə keçiriləcək anım mərasimlərində yad olunacaq.  Faciənin növbəti ildönümününün qeyd edilməsi ilə əlaqədar Xocalı parkının ətrafında da hazırlıq işlərinə başlanıb. Parkın ətrafındaki binaların divarlarına Xocalı soyqırımını əks etdirən fotobannerlər vurulur.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov bildirib ki, abidə kompleksində və kompleksin ətrafında bir sıra işlər görülür.

“Abidə kompleksinin yerləşdiyi park-xiyabanda təxminən uzunluğu 1000 m, eni 25 m olan park xiyabanda yenidənqurma işləri aparılıb. Hazırda burada təxminən 300-dən artıq dekorativ gül kolları əkilib, eləcə də gül-çiçək əkilib. Aqlay daşları bəzi yerlərdə yenilənir. İşıq sistemində digər məsələlərin həyata keçirilməsi ilə bağlı tədbirlər həyata keçirdirik”.

Pənah İmanov bildirib ki, hazırlıq işlərinin fevralın 24-də yekunlaşdırılması nəzərdə tutulur.

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar «Ana fəryadı» abidəsini minlərlə insan ziyarət edir. Onlar Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirlər və erməni faşistlərinin insanlığa qarşı törətdiyi bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirlər.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçiriləcək, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanının ziyarət edəcək, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlər təşkil olunacaq.

Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək. Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17:00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.


Create Account



Log In Your Account