May 28 2021 12:22
Elshad Aliyev
Views: 108

FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, mayın 31-də Antalyada Türkiyə və Qvineya milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.


Create Account



Log In Your Account