Jun 11 2021 18:01
Elshad Aliyev
Views: 133

Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib. APA-nın xəbərinə görə, FHN-in bununla bağlı yaydığı məlumatda deyilir:

Məlum olduğu kimi, qarşıdan gələn həftələrdə UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar olaraq FHN gücləndirilmiş iş rejiminə keçib. Belə ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, Nazirlikdə Qərargah yaradılıb. Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb. Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.


Create Account



Log In Your Account